Paşinyanla görüşdə sayıqladı – Azərbaycanın ünvanına təxribatçı mesaj

17-10-2023, 17:46           
Paşinyanla görüşdə sayıqladı – Azərbaycanın ünvanına təxribatçı mesaj
“Sizi burada qəbul etməyimiz sübut edir ki, biz Ermənistana, siz də Avropa ailəsinə sadiqsiniz”.

TEREF.AZ Teleqraf.com-a istinadla xəbər verir ki, bunu Avropa Parlamentinin sədri Roberta Metzola Strasburqda Ermənistan Baş naziri Nikol Paşinyanla mətbuat konfransı zamanı deyib.

“Avropa qonşuluğu indi həmişəkindən daha qeyri-sabit və etibarsızdır. Sizi əmin etmək istəyirəm ki, Ermənistan Avropa Birliyinin Şərq qonşuluğu çərçivəsində bizim üçün ən yaxşı tərəfdaşdır. Biz Ermənistanın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına qeyd-şərtsiz dəstəyimizi bildiririk”, - AP rəhbəri bildirib.

Metzola çıxışında AŞPA-nın Azərbaycana qarşı bədnam qətanməsini xatırladıb, eyni zamanda, ölkəmizin ünvanına “dağlıq qarabağa hücum” kimi təxribatçı ifadəyə yer verib. Ermənistana açıq dəstəklərini ifadə edən AP sədri "Avropa Birliyinin vasitəçiliyi ilə ədalətli sülh danışıqları"ndan bəhs edib və bunun zamanının yetişdiyini söyləyib.

Ermənistan baş nazirinə gəlincə, o da həmsöhbətindən geri qalmayıb. Ermənistanın bir sıra çətinliklərin öhdəsindən gəlməkdə AB-nin ciddi dəstəyini gözlədiklərini deyib. Eyni zamanda, Paşinyan çıxışının davamında “100 mindən çox erməninin Qarabağdan məcburi köçürülməsi” təxribatına baş vurub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru