Paşinyan Avropaya işarə verdi: "Rusiyadan uzaqlaşmaq istəyirəm, ancaq bu halda məni Kremldən qoruyun və..."

17-10-2023, 17:26           
Paşinyan Avropaya işarə verdi:
Rusiya prezidenti Vladimir Putinin özü Ermənistanın baş naziri Nikol Paşinyanı birbaşa tənqid etmir, bunu dövlət başçısının və Xarici İşlər Nazirliyinin mətbuat katibləri Dmitri Peskov, Mariya Zaxarova və televiziya kanallarına çıxarılan aparıcılar və ekspertlər edirlər. Nikol Paşinyan anlamamış deyil ki, Rusiyada ona qarşı kampaniya əmrini Putin verib. Əks halda Kremlin nəzarəti altındakı media Paşinyan haqqında aşağılayıcı və təhqirdolu ifadələr işlətməkdə ehtiyatlı olardı. Elə ona görə də Paşinyan bu gün Avropa Parlamentində çıxışı zamanı Rusiyanın onu devirmək istədiyinə işadə edib. Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını da Azərbaycan qarşısında Ermənistana dəstək verməməkdə ittiham edib. Paşinyan Rusiyanı və KTMT-ni açıq tənqid etməklə Avropaya açıq mesaj verib ki, “Rusiyadan uzaqlaşmaq istəyirəm, ancaq bu halda məni Kremldən qoruyun və Ermənistana təhlükəsizlik təminatı verin”. Brüssel sözdə Paşinyana dəstək vədi verəcək, ancaq əməldə bunu edə bilməyəcək.
Elxan Şahinoğlu
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.