HƏMAS əsirlər üçün şərtlərini açıqladı

18-10-2023, 11:04           
HƏMAS əsirlər üçün şərtlərini açıqladı
HƏMAS İsrailin Qəzza zolağına endirdiyi hava hücumlarının dayandırılması müqabilində bütün mülki girovları dərhal azad etməyə hazırdır.

Bu barədə adı açıqlanmayan yüksək vəzifəli HƏMAS rəsmisi "NBC News"a bildirib.

HƏMAS sözçüsü deyib ki, İsrail öz şərtlərinə əməl edərsə, girovlar bir saat ərzində azad edilə bilər. O, həmçinin əlavə edib ki, İsrail həbsxanalarda saxlanılan bütün fələstinliləri azad etməlidir.

Qeyd olunur ki, ABŞ və İsrail həbsdə olan fələstinlilərin azad edilməsi şərtlərindən xəbərdardır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru