İsrail sübut təqdim etdi: Biz vursaydıq... - VİDEO

18-10-2023, 11:39           
İsrail sübut təqdim etdi:
İsrail ordusu Qəzzada xəstəxananın vurulmasında əlinin olmaması ilə bağlı sübutlar təqdim edib.

Axar.az xəbər verir ki, ÇAXAL xəstəxananın vurulmasından sonra PUA ilə çəkilən görüntüləri paylaşıb.

Bildirilib ki, Qəzza xəstəxanasındakı partlayışa onların raketi səbəb olmayıb. Çünki raketin düşdüyü yerdə böyük çuxur olmalı idi. İsrail hərbçilərinin sözlərinə görə, onların atdıqları raketlərin düşdüyü yerdə böyük çuxurlar yaranır.

Qeyd edək ki, Qəzza zolağında yerləşən xəstəxanaya hücum nəticəsində son məlumata görə 800 nəfər həyatını itirib.

İsrail ordusu xəstəxanaya “İslami-Cihad” hərəkatının atdığı raketin düşdüyünü bildirib.
https://t.me/aqreqatorxeber/5033












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru