"Ermənistan Azərbaycana milyardlarla dollar təzminat ödəyəcək" - Erməni deputat

18-10-2023, 18:26           
"Ermənistan Azərbaycana milyardlarla dollar təzminat ödəyəcək" - Erməni deputat
"Ermənistan Azərbaycana milyardlarla dollar təzminat ödəyəcək"
“İndiki vəziyyət erməni diplomatiyasının biabırçı uğursuzluğudur”.

Teref.az KONKRET.az-a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin müxalifətdən olan deputatı Armen Rüstəmyan deyib.

Onun fikrincə, heç bir konsepsiya və strategiya olmadan xarici siyasət uğur gətirə bilməz: “Belə bir şəraitdə ölkə dərhal mövqeyini fərqli istiqamətdə dəyişir. Brüsseldə, Strasburqda və Vaşinqtonda bir, Tehranda başqa, Moskvada üçüncü bəyanat verməklə Ermənistan heç nəyə nail olmayacaq. Sadəcə olaraq indiki və potensial müttəfiqlərini itirəcək. Oxşar hərəkətlərlə ölkə üzləşdiyi təhlükələrə qarşı dura bilməyəcək”.

Rüstəmyan qeyd edib ki, Bakı tələb etdiyi 5 bəndin digər platformalarda həyata keçirilməsini təmin etməyə nail olacaq: “Bakı ilk növbədə öz şərtləri və təqdim etdikləri xəritələr əsasında delimitasiya və demarkasiya prosesini təmin edəcək. Bu isə ərazi bütövlüyümüz üçün ciddi təhlükə olacaq. İkinci tələb isə anklavların təslim olmasıdır ki, bu da Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın strateji yolları üzərində tam nəzarəti bərqərar etməsinə gətirib çıxaracaq. Azərbaycanın tələbinə uyğun olaraq Ermənistan Zəngəzur dəhlizinin açılmasına razılıq verəcək. Daha sonra Azərbaycana milyardlara dollar təzminat ödəniləcək. Üstəlik, azərbaycanlılar da Ermənistan ərazisinə qayıdacaq”, – deyə deputat bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.