Bayden İsraildən niyə qorxur? - ŞOK SƏBƏB

11-11-2023, 12:58           
Bayden İsraildən niyə qorxur? - ŞOK SƏBƏB
ABŞ daxili siyasi mülahizələrə və Vaşinqtondakı İsrail lobbisindən qorxduğuna görə İsraili dəstəkləyir.

Bu barədə politoloq Con Mirşaymer “Judging Freedom” YouTube kanalında Nyu-Cersi Ali Məhkəməsinin keçmiş hakimi Endryu Napolitano ilə söhbətində deyib.

Onun sözlərinə görə, ABŞ prezidenti Co Bayden, sələfləri Barak Obama , Corc Buş və Cimmi Karter kimi “yaxşı bilir ki, İsrail lobbisinin yolunu kəssəniz, bunun üçün siyasi bədəl ödəyəcəksiniz”.

Ekspertin qeyd etdiyi kimi, İsrail əvvəllər ABŞ-ın mühüm strateji müttəfiqi idi, lakin Vaşinqtonun böyük və misilsiz dəstəyi indi yalnız strateji və hətta mənəvi mülahizələrlə, xüsusən də İsrailin fələstinlilərə münasibəti fonunda izah edilə bilməz.

Politoloq ABŞ-ın daxili siyasi məqsədlər üçün İsrailin bütün hərəkətlərini dəstəkləməyə hazır olduğunu izah edərək, Amerika qanunları baxımından hətta xarici dövlətin maraqlarına lobbiçilik etməyin cinayət olmadığını vurğulayıb.

Bundan əvvəl Ağ Ev bildirmişdi ki, ABŞ prezidenti Co Bayden Ukraynaya vəsait ayırmadan İsrailə maliyyə yardımı ayrılması ilə bağlı mümkün qanun layihəsini rədd edəcək.

Amerika vitse-prezidenti Kamala Harris bildirib ki, Ağ Ev respublikaçılara təzyiq edir və ABŞ Konqresinin həm İsrail, həm də Ukrayna üçün vəsait ayrılmasını təsdiqləməsində israr edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.