İran prezidenti uzun illərdən sonra ilk dəfə Səudiyyə Ərəbistanına səfər edib - VİDEO

11-11-2023, 17:08           
İran prezidenti uzun illərdən sonra ilk dəfə Səudiyyə Ərəbistanına səfər edib - VİDEO
İran Prezidenti Seyid İbrahim Rəisi Səudiyyə Ərəbistanına səfər edib.

İran prezidenti Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunacaq 8-ci Fövqəladə İslam Zirvə Toplantısında iştirak edəcək.

Qeyd olunur ki, bu səfər ölkələr arasında münasibətlərin bərpasından sonra İran prezidentinin Səudiyyə Ərəbistanına ilk səfəridir.

Xatırladaq ki, Ər-Riyad və Tehran arasında münasibətlər 2015-ci ilin martında Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın Yəməndə “Ənsar Allah” hərəkatına (husilərə) qarşı hərbi əməliyyata başlaması ilə pisləşib.
2016-cı ilin yanvarında Səudiyyə Ərəbistanında din alimi Şeyx ən-Nimrin edam edilməsi nəticəsində Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə və onun Məşhəddəki konsulluğuna hücum olub. Məhz bu hadisədən sonra Ər-Riyad Tehranla bütün diplomatik əlaqələri kəsib. Yalnız yeddi ildən sonra ölkələr arasında diplomatik münasibətlər bərpa edilib.

Mənbə: Tasnim












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru