Rasmussen Ukraynanı Alyansa qəbul etməyi təklif edir - "Lakin bir şərtlə..."

12-11-2023, 07:09           
Rasmussen Ukraynanı Alyansa qəbul etməyi təklif edir - "Lakin bir şərtlə..."
NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen Ukraynanı Alyansa qəbul etməyi təklif edir, lakin bir şərtlə ki, Vaşinqton müqaviləsinin 5-ci maddəsi Rusiya tərəfindən işğal olunmuş ərazilərə şamil edilməməlidir.

AzPolitika.info bu barədə «The Guardian» nəşrinə istinadla xəbər verir.

2009-2014-cü illərdə NATO-nun baş katibi olmuş Rasmussen təkid edir ki, Ukraynanın qismən üzvlük planı münaqişənin dondurulmasını simvolizə etməyəcək, əksinə, Ukraynanın alyansa qoşulmasına mane ola bilməyəcəyi barədə Rusiyaya xəbərdarlıq əzmini göstərəcək.

Rasmussen bildirib ki, Ukraynanın NATO-ya üzvlük məsələsi növbəti ilə qədər təxirə salına bilməz.

"Növbəti addımı atmağın və Ukraynanı NATO-ya üzv olmağa dəvət etməyin vaxtı çatıb. Bizə Ukraynanı NATO-nun tam mərkəzində yerləşdirən yeni Avropa təhlükəsizlik arxitekturasına ehtiyacımız var", - o deyib.

Ukraynanın NATO-ya üzvlüyünün tərəfdarları Alyansın kollektiv özünümüdafiə haqqında müqaviləsinin 5-ci maddəsinin bütün Ukrayna ərazisinə uzadılmasının NATO üzvü olan ölkələri müharibə vəziyyətində olan ölkəni fəal müdafiə etməyə məcbur edəcəyi faktı ilə məhdudlaşır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.