Miller ifşa etdi: Bu Avropa ölkələri bizdən qaz alır

12-11-2023, 11:41           
Miller ifşa etdi:
Rusiya qazından imtina etdiyi iddia edilən bir neçə Avropa ölkəsi faktiki olaraq onu almağa davam edir.

Axar.az xəbər verir ki, bu sözləri “Qazprom” rəhbəri Aleksey Miller “Moskva. Kreml. Putin” proqramına müsahibəsində deyib.

“Avstriyanın qaz qovşağı vasitəsilə Cənub-Şərqi Avropa ölkələrinə də qaz tədarük edilir”, - Miller bildirib.

Aleksey Millerin sözlərinə görə, Rusiya qazı Avropa bazarında kifayət qədər böyük həcmdə mövcuddur.

“Bir daha vurğulayıram ki, öz ölkələrinin bazarında Rusiya qazının olmadığını bəyan edən dövlətlər var. Lakin bu, belə deyil”, - o əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru