Sirli əskinaslar: - Rusiya pozitiv mesaj verir?

21-11-2023, 16:27           
Sirli əskinaslar: -
Rusiya Federasiyasının Mərkəzi Bankı Rusiyanın xəritəsində yeni regionların olmadığı 100 rublluq əskinaslar buraxıb.
Bu barədə Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, siyasi ekspert Sergey Markov teleqram kanalında paylaşım edib.Ekspertin yazdığına görə, Mərkəzi Bank bunu onunla izah edir ki, əskinaslar hələ bu regionların Rusiyaya birləşməsindən əvvəl çap edilib. Mərkəzi Bankın əskinasları məhv etməyə heyfi gəlib.
"Ukraynada bu, Rusiya hakimiyyətinin öz əhalisini bu regionların təslim olmasına hazırlaması ilə izah olunur. Qərbdə bunu onunla izah edirlər ki, Rusiya sülh danışıqlarını istəyir və Qərbdən sülh diləmək üçün bu regionları təslim etməyə hazırdır. Rusiyada bunu onunla izah edirlər ki, Rusiya hökumətində Qərbin çoxlu gizli və yarı məxfi tərəfdarları var", deyə Markov yazıb.

Mövzunu “Sherg.az”a şərh edən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov bildirib ki, Rusiyada hansısa pul nişanlarının tədavülə buraxılması zamanı uzaqgörən siyasi mesajlardan istifadə olunacağını düşünmür:

“Versiyalara nəzər yetirdikdə Mərkəzi Bankın əvvəldən pul nişanları buraxması variantını daha ağlabatan hesab edirəm. Pul nişanlarında yeni bölgələrin qeyd olunmamasını Rusiyanın Ukrayna ilə sülh danışıqları istəməsi kimi də qiymətləndirilməməlidir. Çünki Rusiya rəsmi səviyyədə Ukraynada keçirdiyi işğalçılıq siyasətindən imtina etməyib. Doğrudur, bağlı qapılar arxasında bu yöndə hansısa müzakirələr aparıla bilər. Amma açıq şəkildə Rusiya tərəfin Ukraynadakı missiyalarından əl çəkməyi ilə bağlı bəyanat yoxdur. Ona görədə Mərkəzi Bankın buraxdığı əskinaslarda yeni ərazilərin qeyd edilməməsinə səbəb Rusiyanın pozitiv mesajı olduğunu düşünmürəm. Markovun sözlərindəki həqiqət payı olan hissə isə bu gün Rusiya siyasi dairələri içərsində Qərbə rəğbət bəsləyən və onlar üçün çalışan casus şəbəkəsinin olmasıdır. Rusiya mediasında, ictimai-siyasi fikrində və Rusiya Vətəndaş İnistutlarında Qərbyönümlü dairələr kifayət qədər çoxdur”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.