ABŞ-da Zalujnının işdən çıxarılmasının səbəbini açıqladılar

10-02-2024, 12:39           
ABŞ-da Zalujnının işdən çıxarılmasının səbəbini açıqladılar
Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının işdən çıxarılmasının səbəblərindən biri onun ehtiyatlı döyüş taktikası, Vladimir Zelenski isə daha qətiyyətli addımlar atması olub. Bu barədə Amerikanın Bloomberg nəşri məlumat yayıb.

“Zelenski ilə Zalujnı arasındakı fikir ayrılığının ən azı bir hissəsi Zelenskinin daha ehtiyatlı olan Zalujnının gələcək aylar üçün planları ilə ziddiyyət təşkil edən daha cəsarətli hərbi plana üstünlük verməsi ətrafında cərəyan edir”.

Fevralın 8-də Zelenski Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı əvəz edərək, onun yerinə şərq cəbhəsində Ukrayna qoşunları qrupunun komandiri, general-polkovnik Aleksandr Sırskini təyin edib. Bildirilib ki, Zalujnıya Ukraynanın Böyük Britaniyadakı səfiri vəzifəsi təklif olunub, lakin o, bundan imtina edib.

Mənbə: Bloomberg












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.