Putin bu gün dünyanın yarısı ilə savaşır - Polşa

11-02-2024, 10:40           
Putin bu gün dünyanın yarısı ilə savaşır - Polşa
Rusiya Prezidenti Vladimir Putin tarixə yeni Böyük Pyotr kimi düşmək istəyir.

Bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib.

“Putin qalib gəlsə, Ukraynanı dağıdacaq, vətəndaşlarını öz ordusunda xidmətə məcbur edəcək və onlardan yeni müharibədə istifadə edəcək. Onu saxlamaq və ya hücumu dəf etmək Ukraynaya indiki yardımdan qat-qat baha başa gələcək. Rusiya prezidenti ancaq güc dilini başa düşür - yəni o, SSRİ-nin dağılmasına səbəb olan Qərblə silahlanma yarışına girdiyi üçün məğlub olan Sovet İttifaqına oxşar yolla gedir. Putin bu gün azad dünyanın yarısı ilə rəqabət aparır və qalib gələ bilmir”, - nazir bildirib.

Mənbə: axar.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru