Peskov Putinin Amerika jurnalistinə müsahibəsinin sirrini açdı....

12-02-2024, 08:56           
Peskov Putinin Amerika jurnalistinə müsahibəsinin sirrini açdı....
Neçə gündür ki,Amerika jurnalisti Karlsonun Putindən götürdüyü müsahibə barədə dünya rəyində saysız suallar dolaşır.Putinin bəzi fikirlərinin Qərb auditoriyasında yayılması Qərb liderlərini görünür ki, qane etməyib.

Bu xüsusda Putinin mətbuat katibi Peskovun açıqlamaları diqqət çəkir." Bu müsahibə ilə hədəfimizə çatdıq.Putinin dünyada eşidilməsini istəyirdik, nail olduq" - Peskov belə deyib.Peskov davam edir:" Ukraynada əməliyyat başlayandan Putinlə müsahibə üçün çox müraciət edənlər var idi.Lakin müsahibə baş tutmadı, çünki amerikan, ingilis və Avropa jurnalistləri balanslı məlumat yaymağa cəhd etmirlər "

Peskovun son fikirləri çox maraqlıdır.Belə çıxır ki, nə qədər müraciətlər olsa da, Putin indiyə qədər Qərb jurnalistlərinə onların obyektiv olacaqlarına etimadın olmaması səbəbindən müsahibə verməyib .Burada sual yaranır ki, " Putin Karlsonun - Amerika jurnalistinin, üstəlik Trampa yaxın şəxs kimi tanınan jurnalistin obyektiv olacağına qarantiyanı kimdən, necə alıb???

Müəmmalıdır...

Namiq Quliyev
baki-xeber.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru