Ukrayna uduzsa, ABŞ üçün dəhşətli olacaq - "Blumberq"

12-02-2024, 09:12           
Ukrayna uduzsa, ABŞ üçün dəhşətli olacaq - "Blumberq"
ABŞ öz rəqiblərinə Ukraynanı, İsraili və ya Tayvanı ələ keçirməyə icazə verərsə, bunun amerikalılar üçün dəhşətli nəticələri olacaq.

Bunu "Blumberq"in köşə yazarı Nayl Ferqüson yazıb.

"Dəhşətli nəticələr dedikdə, 11 sentyabr hadisəsindən daha pis bir şeyi nəzərdə tuturam. Ukraynalılar üçün bu gün məğlubiyyətin nə demək olduğunu təsəvvür etmək çətin deyil. Onlar 2022-ci ilin sentyabrında kütləvi qətllərdən sonra Buça küçələrində səpələnmiş cəsədləri gördülər. Onlar bilirlər ki, Putinin müstəmləkə ordusu hansı dəhşətlərə qadirdir. Eyni şəkildə, əksər israillilər çox yaxşı başa düşürlər ki, HƏMAS və onun tərəfdarlarının qələbəsi ikinci Holokostun başlanğıcı olacaqdır. Onlar ötən il oktyabrın 7-də törədilmiş dəhşətli vəhşiliyi heç vaxt unutmayacaqlar", - o bildirib.

Mənbə: axar.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru