Yeni seçilmiş prezident Rusiya haqda sərt danışdı

13-02-2024, 00:10           
Yeni seçilmiş prezident Rusiya haqda sərt danışdı
Finlandiyanın yeni seçilmiş 13-cü prezidenti Alexander Stubb Ukraynaya dəstəyini davam etdirəcəyini açıqlayıb və andiçmə mərasimindən sonra Rusiya haqda sərt danışıb.

Bu barədə TASS məlumat yayıb.

Stubb Ukraynadakı münaqişə ilə bağlı siyasəti barədə suala belə cavab verib: “Mən keçmiş prezident Sauli Niinistenin xəttini davam etdirmək istərdim”.

“Hazırda bizim Rusiya ilə siyasi münasibətimiz yoxdur və mən onun yaxın gələcəkdə yaxşılaşacağını düşünmürəm... Rusiya Ukraynadakı müharibəni bitirənə qədər bizim münasibətimiz ola bilməz”, – Finlandiya prezidenti deyib.

Bundan əlavə, o, seçkilərdə qələbəsi münasibətilə ona “Rusiyadan deyil, dünyanın hər yerindən” təbriklər gəldiyini vurğulayıb.

Fevralın 11-də Aleksandr Stubbın prezident seçkilərinin ikinci turunda qalib gəldiyi bildirilib. O, martın 1-də keçiriləcək andiçmə mərasimindən sonra rəsmi olaraq vəzifəsinin icrasına başlayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru