ABŞ Ukraynaya yardımda "müəyyən mənada" gecikib - Con Kirbi

28-02-2024, 11:39           
ABŞ Ukraynaya yardımda "müəyyən mənada" gecikib - Con Kirbi
"Amerika yardımının gecikməsi döyüş meydanına dramatik təsir göstərir".

Modern.az xəbər verir ki, bu barədə UNIAN ABŞ Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbiyə istinadən yazıb.

"Cəbhədəki Ukrayna əsgərləri harada və nə ilə atəş açacaqları ilə bağlı çox çətin qərarlar qəbul edirlər. Və onların silah-sursatları tükənir... Ona görə də vəziyyət çox acınacaqlıdır", - o, jurnalistlərə deyib.

Kirbinin sözlərinə görə, Ukrayna döyüş sursatı olmadığı üçün Avdiyevkanı itirib, ona görə də ABŞ “artıq müəyyən mənada gecikib”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru