KİV: “İsrail rəsmiləri İranın hücumunu təsdiqləyiblər”

14-04-2024, 09:01           
KİV: “İsrail rəsmiləri İranın hücumunu təsdiqləyiblər”
İsrail rəsmiləri İranın ölkələrinə doğru onlarla yürüş təşkil edərək, hücuma başladığını təsdiq ediblər.

Bu barədə “Al Jazeera” məlumat yayıb.

Daha əvvəl İordaniya hakimiyyət orqanları hava məkanının bağlandığını bəyan etmişdi.

İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidmətinin məlumatına görə, İsrail Hərbi Hava Qüvvələrinin müdafiə və hücum sistemləri döyüş hazırlığı vəziyyətinə gətirilib, onlarla təyyarə səmaya qalxıb, tərəfdaşlarla bağlı vəziyyət qiymətləndirilir.
“Jerusalem Post” nəşri şənbə günü bildirib ki, İran İsrailə doğru onlarla PUA atıb.

Bir qədər əvvəl SAXAL-ın nümayəndəsi Daniel Haqari bildirib ki, ölkə HHQ-nin müdafiə və hücum sistemlərini döyüş hazırlığı vəziyyətinə gətirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru