“Bunlar düşmənin lobbiçiləridir” - Marukyan Azərbaycanın “agentləri”nin adlarını çəıkib

15-04-2024, 18:50           
“Bunlar düşmənin lobbiçiləridir” - Marukyan Azərbaycanın “agentləri”nin adlarını çəıkib
Ermənistanın siyasi məkanında Azərbaycan və Türkiyə “agentləri”nin axtarışı davam edir.

“AzPolitika” xəbər verir ki, bu dəfə Ermənistanın sabiq xüsusi tapşırıqlar üzrə səfiri, “İşıqlı Ermənistan” Partiyasının sədri Edmon Marukyan özünün “YouTube” səhifəsində Ermənistandakı çıxışları ilə ölkəni “qan tökməyə” aparan “Azərbaycan və Türkiyənin hibrid agentləri”ndən bəhs edib.

Söhbət bloger Artyom Çibuxçyan və sosioloq Karen Sarkisyandan gedir.

“Ermənistanın media məkanında “kollektiv Qərb” adı altında yalan və manipulyasiya yolu ilə Türkiyə və Azərbaycanın maraqları lobbiləşdirilir. Bu insanların Qərb dəyərləri və institutları ilə heç bir əlaqəsi yoxdur. Bunlar düşmənin adi lobbiçiləridir” – deyə, Edmon Marukyan bildirib.

Marukyan konkret olaraq bu adamların hansı çıxışları ilə Azərbaycan və Türkiyə agentləri olduqlarını göstərdikərini deməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru