Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayır

16-04-2024, 11:24           
Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayır
Bazar ertəsi Nyu-Yorkda keçmiş Prezident Donald Trampın məhkəmə prossesi başlayır. Donald Tramp nikahdankənar münasibətləri üçün edilən ödənişləri ört-basdır etmək məqsədi ilə biznes qeydlərini saxtalaşdırmaqda ittiham olunur.

Prosses bazar ertəsi məhkəməyə jüri heyətinin seçimi ilə başlayır.

Tramp cinayət ittihamı ilə üzləşən və təqsirli bilindiyi təqdirdə həbs təhlükəsi qarşısında olan ilk ABŞ lideridir.

Noyabr seçkilərində Respublikaçılar Partiyasından prezidentliyə iddialı namizəd növbəti ay yarım ərzində həftədə dörd gün davam edə biləcək məhkəmə prosesində müttəhim masasında oturaraq prosesləri izləyəcək.

Tramp özünün və vəkillərinin prokurorun sübutlarına necə yanaşmasından asılı olaraq, özünü müdafiə etmək üçün şahid kürsüsünə də çıxa bilər.

Tramp dəfələrlə ittihamı rədd edib və Nyu-York Ali Məhkəməsinin hakimi Xuan Merçana qarşı tənqidlər səsləndirib.

Məhkəmənin altı ilə səkkiz həftə davam edəcəyi gözlənilir. 12 nəfərlik jüri heyətindən Trampın öz şirkətindəki biznes qeydlərini saxtalaşdırıb-saxtarmaması barədə qərar verməsi istəniləcək.

Prokurorluğun rəsmi ittiham aktında göstərilir ki, Tramp keçmiş vəkili Maykl Kohen vasitəsi ilə bir sıra çeklərlə Stormi Danielsə “susması qarşılığında” 130 000 dollar ödəyib. Və onları sonradan hüquqi xidmətlər üçün ödəniş kimi göstərib.

Prokurorluğun fikrincə, bu, federal seçki qanununun pozulmasıdır, çünki 130 000 dollarlıq ödəniş Trampın 2016-cı il seçkilərinə kömək etmək məqsədi daşıyırmış və bu məbləğ seçki kampaniyasına töhfə limitlərini aşıb.

İkinc ittihamnamədə iddia olunur ki, “İlin keçmiş oyun yoldaşı” Karen Makduqal Trampla bir neçə ay münasibətdə olub və onun hekayəsinin hüquqlarını satın alan tabloid nəşriyyatı tərəfindən 150 000 dollar ödəniş alıb. Daha sonra Trampın təkidi ilə məqalə yayımlanmayıb.

İttihamların hər biri üçün dörd illik həbs müddəti nəzərdə tutulur. Tramp ittihamları rədd edir və bu yaxınlarda məhkəmənin təxirə salınması üçün çoxsaylı hüquqi vəsatətlər qaldırsa da, hələlik heç bir nəticə əldə etməyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.