İsrail İrana hava zərbələri endirəcək - Hazırlıq başa çatdı

16-04-2024, 08:18           
İsrail İrana hava zərbələri endirəcək -
“İran İslam Respublikasının raket hücumuna reaksiya verəcəyik”.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin (İMQ) Baş Qərargah rəisi, general Herzi Halevi İranın hücumunda hədəf alınan Nevatim Hava Bazasından verdiyi açıqlamasında bildirib.
İsrail Müdafiə Qüvvələri “X” hesabındakı paylaşımında İranın dron və raket hücumuna qarşı əməliyyata “Dəmir Qalxan” adının verildiyini bildirib.
İsrailin “Channel 12” telekanalı isə xəbər verib ki, İsrail Hərbi Hava Qüvvələri İrana qarşı gözlənilən hücuma hazırlığını başa çatdırıb.
Xəbərdə deyilir ki, İsrailin hərbi kabineti bazar ertəsi keçirilən iclasında ABŞ ilə koordinasiyalı şəkildə İranın hücumuna “aydın və güclü” cavab vermək qərarına gəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru