Çin İranı qınamadı, İsrailin “ağzının dadı qaçdı”

16-04-2024, 13:06           
Çin İranı qınamadı, İsrailin “ağzının dadı qaçdı”
Çin İranı qınamadı, İsrailin “ağzının dadı qaçdı”
İsrailin Pekindəki səfirliyinin rəsmisi Yuval Vaks mətbuat konfransında çıxış edib.

İndex.az xəbər verir ki, Yuval Vaks Pekin rəhbərliyindən hücumu şiddətlə pisləməsini və İsrailin özünümüdafiə haqqını açıq şəkildə tanımasını gözlədiklərini bildirib.

“Təəssüf ki, biz bunu görmədik. Ona görə də bəyanatdan narazıyıq. Bununla belə, İranın bölgəmizdəki mənfi rolu və terror qruplarına verdiyi dəstəklə bağlı dərin narahatlığımızı çinli həmkarlarımıza çatdırdıq”, – Vaks bildirib.

Çin Xarici İşlər Nazirliyi İranın İsrailə hava zərbələri endirməsinin ardından dünən dərc etdiyi yazılı açıqlamada bölgədə gərginliyin artması ilə bağlı narahatlığını ifadə edib və tərəfləri mülayim olmağa çağırıb.

Açıqlamada gərginliyin Qəzzada qarşıdurmanın yayılmasına təsir göstərə biləcəyi və müharibənin dərhal dayandırılması lazım olduğu bildirilib.

Bəyanatda Qəzzada atəşkəs tələb edən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2728 saylı qətnaməsinin daha da gecikmədən yerinə yetirilməli olduğu xatırladılıb və beynəlxalq ictimaiyyətin, xüsusilə nüfuzlu ölkələrin sülh və sabitlik üçün konstruktiv rol oynamalı olduğu vurğulanıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.