Paşinyanın arvadı 1 milyona görüşür - “Hraparak”

16-04-2024, 13:16           
Paşinyanın arvadı 1 milyona görüşür - “Hraparak”
Ermənistanın baş naziri Nikol Paşinyanın ailəsi növbəti dəfə yerli medianın gündəminə gəlib.
"Hraparak" nəşri bu dəfə Paşinyanın həyat yoldaşı Anna Akopyan barədə yeni məlumatlar dərc edib. Müəllif yazır ki, baş nazirin arvadı bazar günü "Armas" şərab zavodunda müəmmalı şam yeməyi təşkil edib. “Uğurlu qadın iş adamlarının biznesə yeni başlayan qadın sahibkarlara dəstəyi” devizi altında keçirilib: "Erməni iş adamlarından 1 milyon dram istəyiblər. Səbəb isə xanım Akopyanla nahar etmək imkanı olub".

İddia olunur ki, həmin gün toplanan pullar regionlarda "biznes ledy" olmaq istəyən xanımlara göndəriləcək. Amma Ermənistan qəzeti bu məsələyə də şübhə ilə yanaşıb.

"Hər şey şəffaf olmalı idi ki, hamı startapçı qadınların hansı sahibkar niyə vəsaitlə dəstəklədiyini görsün və ya eşitsin. Ancaq şam yeməyi qapalı formatda keçirilib mətbuat üçün də açıq olmayıb. Ziyafətdən iki gün sonra, dünən gecə qadınlardan ibarət iş adamlarının baş nazirin həyat yoldaşı ilə bir arada olmasına dair video yayıldı. Lakin yayımlanan videodan aydın olur ki, iştirakçıların sayı 40-45 nəfərə güclə çatıb. Məcis iştirakçılarının arasında təkcə işgüzar qadınlar deyil, onların köməkçiləri, işçilər, qohumlar və Anna Akopyanın xidmətçiləri də olub".

Qeyd edilir ki, toplantıda bir sıra tanınmış iş adamlarının ailələri və özləri olub. Bunlar Samvel Aleksanyanın nənəsi, Şoqerinin həyat yoldaşı, qızları, "Astxik"in direktorunun arvadı, Asatur Asatryanın bacısı, MAVI-nın direktoru Hasmik Raşoyan, “Lara” şokolad qalereyasının direktoru, "Daymon" restoranının direktoru Narine Laura Nahapetyan, Xaçatur Sukiasyanın qızı Çarçyan, “Teyan” şirkətinin təsisçisi Astqiq Qalstyan, “Anna-tea” şirkətinin təsisçisi Anna Saakyan və başqaları iştirak edib: "Qadınlar nəinki nahar ediblər, həm də əyləniblər".

AzVision.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.