"Çin fəlsəfəsi böyük fəlsəfədir – deyir ki, düşməninizin ölümünü istəyirsinizsə və..."

19-04-2024, 08:24           
"Çin fəlsəfəsi böyük fəlsəfədir – deyir ki, düşməninizin ölümünü istəyirsinizsə və..."
Sevinc Osmanqızı kimi qəribə (çox yumşaq ifadə axtardım) ikinci adam çətin tapılar – illərdir bizə, REAL-a qarşı mübarizə apardı, biz seçkiyə çağırdıqca, o boykotçuların ruporu oldu, sonra səhv etdiyini anlayıb boykotçuların üzərinə getdi, seçkilərin vacibliyindən danışdı, amma bircə dəfə də bizə qarşı qarayaxma kompaniyasına görə, sifarişlə üzərimizə gəldiyinə görə üzr istəmədi.
Sonra sentyabr 2023-cü ilə qədər həmin o boykotçularla səs-səsə verib, “Rusiya bizi işğal etdi, Qarabağı bizə rus verdi, Azərbaycan Rusiyanın forpostu oldu”, kimi absurd iddialarla çıxış etməyə, “hanı Xənkəndi-Xocavənd-Xocalı”, vay-şüvəninə qoşuldu, yenə azğı yandı, amma üzr istəmədi. Sonra isə həmin dəstə ilə birgə, “rus burdan heç vaxt çıxmayacaq”, deyərək dizinə döyməyə başladı – dünən canlı yayım açıb üzr istəməkdən, səhv etdiyini etiraf etməkdənsə, müstəsnə hayasızlıqla Türkiyə-Rusiya monitornq qrupunun da işini dayandırmasını neqativ bir harisə kimi təqdim etməyə çalışdı. Güya, Türkiyənin qeydinə qalırdı, öz aləmində Türkiyə ilə münasibətlərinə kölgə salmağa çalışdı – adam bilmirmi ki, Türkiyə ordusu çoxdan burdadır, güya eşitməyibmi ki, Türkiyə ilə birgə hərbi təlim-tədris mərkəzləri yaradılıb?! Bilir, yaxşı bilir, amma ən yaxşı bildiyi həyasızlığı edir.
Əliyev, azı 4-5 dəfə açıq mətnlə bildirib ki, Azərbaycan Ordusu qardaş Türkiyə Ordusu standartları ilə qurulur, hətta faktiki Ordularımızın və təhlükəsizlik sistemimizin inteqarasiyası baş verib – bunu görməmək artıq cığallıq deyil, sadəcə axmaqlıqdır.
P.S. Çin fəlsəfəsi böyük fəlsəfədir – deyir ki, düşməninizin ölümünü istəyirsinizsə və siz tam haqlısınızsa, heç nə etməyin, çayın qırağında oturun-gözləyin, günün birində çay sizin düşməninizi qarşınızından axıdacaq. Gözəl sözlərdir, illərdir bizə qarşı haqsız olaraq yalan, qarayaxma aparanların böyük əksəriyyəti “siyasi meyit" olaraq qarşımızdan axıb-keçib tarixin arxivinə gömüldülər...
Natig Cəfərli
TEREF












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.