Gürcüstanda oliqarx Bidzina İvanişvili idarə edir

19-04-2024, 10:34           
Gürcüstanda oliqarx Bidzina İvanişvili idarə edir
Gürcüstanda oktyabr ayında parlament seçkiləri keçiriləcək və hakim “Gürcü arzusu” partiyası növbəti dəfə qələbə qazanmağa çalışacaq.
Ancaq məsələ burasındadır ki, hökumətin və hakim partiyanın dəstəklədiyi “xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi gürcülər arasında populyar deyil və bunu “rus qanunu” adlandırırlar.
Gürcüstanda keçirilən rəy sorğuları vətəndaşların əksəriyyətinin Avropa İttifaqına interqasiyanın tərəfdarıdır. Avropa İttifaqı isə həmin qanunu tənqid edib.
Belə olan halda seçki öncəsi hakim partiya cəmiyyətdə populyar olmayan qanunu niyə qəbul etsin ki? Bu sualı telefon söhbəti zamanı gürcü ekspertə verdim.
O belə bir versiya irəli sürdü: “Hökuməti oliqarx Bidzina İvanişvili idarə edir. O hesab edir ki, Rusiya Ukraynada qələbə çalacaq və indidən Kremllə yaxınlaşmanın imkanlarını axtarır. Gürcüstanda xarici qrantların məhdudlaşdırılması isə Kremlin xoşuna gələcək”. Bu gürcü ekspertin versiyasıdır, bəs facebook-dakı dostlarım bu haqda nə düşünür?
Elxan Şahinoğlu
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru