Qarşımızda Türkiyə-Yunanıstan münasibətləri örnəyi var.

15-05-2024, 12:24           
Qarşımızda Türkiyə-Yunanıstan münasibətləri örnəyi var.
Azərbaycanla Ermənistan arasında dialoq müxtəlif səviyyələrdə intensivləşib. İki ölkənin lideri prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyan arasında, o cümlədən xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyanla yanaşı parlament sədrlərinin görüşləri də artmaqdadır. Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarova ilə Alen Simonyan arasında növbəti görüş mayın 16-da Cenevrədə gerçəkləşəcək. Bundan əvvəl parlament sədrləri martın 22-də eyni şəhərdə görüşmüşdülər. Bu görüşlər sülh və çərçivə sazişinin imzalanması tarixini yaxınlaşdırır. Görüşlərin intensivləşməsinin başqa bir əhəmiyyəti də var, ortam yumşalır, tərəflər bir-birlərinə qarşı sərt ritorikadan çəkinməyə başlayıblar. Qarşımızda Türkiyə-Yunanıstan münasibətləri örnəyi var. İki ölkə arasında mübahisə yaradan mövzulara baxmayaraq, Ankara ilə Atina mübahisələri dərinləşdirmək və bununla qarşıdurmanı gücləndirmək əvəzinə ortaq nöqtələr tapmağa imkan verən siyasətə üstünlük verməyə başlayıblar.
Elxan Şahinoğlu
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru