Putin Rəisi ilə vidalaşmağa onu göndərdi: “İbrahim Rəisinin ölümü böyük itkidir.”

22-05-2024, 11:24           
Putin Rəisi ilə vidalaşmağa onu göndərdi: “İbrahim Rəisinin ölümü böyük itkidir.”
Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasının sədri Vyaçeslav Volodinin mayın 22-də İrana gedəcəyini və mərhum İran prezidenti İbrahim Rəisi ilə vida mərasimində iştirak edəcəyini bildirib.

Rusiya mətbuatı xəbər verir ki, o, bu barədə işgüzar görüşü zamanı danışıb.

“Bilirəm ki, sabah səhər Tehrana yola düşəcəksiniz”, – Rusiya dövlət başçısı söhbət zamanı qeyd edib. Putin Rəisini çox etibarlı tərəfdaş və sözünün üstündə durmağı bacaran adam adlandırıb:

“İbrahim Rəisinin ölümü böyük itkidir. Rəisi ilə işləmək çox xoş idi, çünki o, hər zaman bütün razılaşmaları yerinə yetirib”.

Rusiya lideri Volodindən “bu faciə ilə bağlı səmimi başsağlığı sözlərini” çatdırmağı xahiş edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru