İrandakı həmin mərkəzlərin Azərbaycanla münasibətləri normallaşdıracaqlarına ümid azdır.

22-05-2024, 12:53           
İrandakı həmin mərkəzlərin Azərbaycanla münasibətləri normallaşdıracaqlarına ümid azdır.
Özləri Türkiyədən xahiş etdilər ki, pilotsuz uçuş aparatı İran ərazisində helkiopterin axtarışına qatılsın, Ankara kömək əlini uzatdı, həlak olanların yeri müəyyənləşdi, havadan çəkilən görüntürlər dünyada yayımlandı, təşəkkür əvəzinə dedilər ki, “Türkiyənin rolu olmadı, biz tapdıq”.
Bu o Türkiyədir ki, İran rəsmilərinin həlakıyla bağlı bir günlük matəm elan edib. İranda qərar verən mərkəzlər Türkiyəyə minnətdar olmaq əvəzinə dezinformasiya yayırlarsa, bununla “ənənəvi” siyasətlərinin dəyişmədiklərinə işarə edirlər. Odur ki, İrandakı həmin mərkəzlərin Azərbaycanla münasibətləri normallaşdıracaqlarına ümid azdır.
Elxan Şahinoğlu
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru