Baqratın arxasından Lavrov çıxdı - “Planı o hazırlayıb”

28-05-2024, 16:20           
Baqratın arxasından Lavrov çıxdı - “Planı o hazırlayıb”
Keşiş Vazgen (Baqrat) Qalstanyanın hərəkatında nə məntiq, nə də siyasi rasionalizm var.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Davit Stepanyan deyib.

Onun sözlərinə görə, Baqrat Baş nazir Nikol Paşinyanın olmadığını bildiyi bağ evinə yürüş edib:

“Bildiyi halda ki orada yoxdur, camaatı meydandan Paşinyanın bağ evinə aparır. Üstəgəl, bu adam özünü “lider” hesab edir. Bilir ki, Paşinyan orada yoxdur, amma deyir, gələnə qədər buradayıq. Bir-iki saat sonra camaatı yığıb “Respublika” meydanına qayıdır. Bu qədər məntiqsizlik... Əgər sən özünü siyasətçi sayırsansa, məntiqli davranmalısan, sözlərində dəyər olmalıdr. Bir söz deyirsən, bir saat sonra tamam başqa şeydən danışırsan. Bu o deməkdir ki, sən özünü siyasətçi kimi dəyərsizləşdirirsən və rəhbərlik etdiyin hərəkatı gözdən salırsan”.

Stepanyan qeyd edib ki, revanşist hərəkatın ilk gündən aydın gündəm və hərəkət planı yoxdur:

“Məsələn, mən nə istədiklərini anlamıram, bəli, hakimiyyət dəyişikliyinə nail olmağa çalışır, ancaq öz hərəkəti ilə ayağına atəş açır. Baqrat Qalstanyan uzun müddətdir kilsənin reputasiyasına qarşı işləyir. Mənə elə gəlir ki, onların əsas missiyası toxunduqları hər şeyi tamamilə gözdən salmaqdır. Özlərinə “hərəkat”, “xilaskarlar”, “müqəddəs ata” adı verən bu şəxslər kilsəyə çox ağır zərbə vururlar”.

Rusiya telekanalının (“Birinci Kanal”) “Respublika” meydanında 100 mindən çox adamın olması ilə bağlı iddiasına toxunan politoloq söyləyib ki, Moskva sussa daha yaxşı olar və bu yolla hərəkata kömək edər: “Ruslar və Rusiya təbliğatı bu hərəkata pis xidmət edir”.

Stepanyan əlavə edib ki, 40-dan çox partiya və siyasi qüvvə hərəkata qoşulsa da, bir küçəni bağlaya biləcək qədər adam ortaya çıxara bilmir:

“Belə bir təəssürat yaranır ki, bütün bunlara görə ruslardan pul alıblar. İndi də başa düşürlər ki, nəticəsi olmayacaq, amma pul aldıqları üçün nəsə etməlidirlər və bunun hesabatını verməlidirlər. Yəqin hesabat verirlər ki, baxın, küçəni bağladıq, Paşinyanın bağına getdik, mitinq keçirdik, belə etdik, elə etdik... Pulu da basıb yeyiblər. Üç dəqiqədən sonra o küçənin açılacağını bilirsənsə, bağlamağın nə mənası var. Baqratın etdikləri mənasız şoudur”.

Stepanyanın fikrincə, revanşistlərin planları var, amma bunu həyata keçirə bilmirlər:

“Proqramlarında iki məqam var. Birincisi, buna “hakimiyyətin dəyişməsi” deyirlər, bunu etməyə çalışırlar, kabineti kimlərin tutacağı onlar üçün açıq-aydın yazılıb, artıq öz aralarında bölüşdürüblər. İkinci məqam bəllidir. Moskvaya zəng edib deyirlər ki, vəssalam, gəldik, oturduq, indi nə edəcəyimizi söyləyin. Yəni planları var, bu, “Lavrov-2” planıdır, amma bunu xalqa təqdim edə, deyə bilmirlər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.