Azərbaycan-Rusiya münasibətləri uğurla və çox praqmatik şəkildə inkişaf edir - Putin

6-06-2024, 12:07           
Azərbaycan-Rusiya münasibətləri uğurla və çox praqmatik şəkildə inkişaf edir - Putin
Azərbaycanla Rusiya arasında münasibətlər uğurla və çox praqmatik inkişaf edir.

“Report”un Rusiya bürosunun məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin informasiya agentliklərinin rəhbərləri ilə görüşündə iki ölkə arasında münasibətlərə dair sualı cavablandırarkən deyib.

O, həmçinin bəyan edib ki, Bakı ilə Moskva arasında əlaqələrin inkişafı üçün logistika və nəqliyyat infrastrukturunu təkmilləşdirmək lazımdır.

Putin hesab edir ki, Azərbaycan rəhbərliyi Rusiya ilə münasibətləri inkişaf etdirmək üçün rus dilinin vacib olduğu qənaətindədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru