Yeni müharibə olsa, Ermənistan neçə min itki verəcək? – Dəhşətli rəqəm

6-06-2024, 11:28           
Yeni müharibə olsa, Ermənistan neçə min itki verəcək? – Dəhşətli rəqəm
Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın rəhbərlik etdiyi qondarma “komitə” Avropada növbəti görüşlər keçirməyi planlaşdırır. Bu qondarma “komitə”nin əsas məqsədi Azərbaycana qarşı separatizmin yenidən körüklənməsi və bu separatizmə beynəlxalq dəstəyin əldə edilməsidir.

Bundan əlavə, Ermənistanda keçirilən etirazların rəhbəri keşiş Baqrat Qalstanyan da Azərbaycana qarşı revanş mesajları verir və bunu dəstəkləyən Xocalı qatilləri – Serj Sərkisyan, Robert Köçəryan kimi fiqurlarla danışıqlar aparır.

Revanş iddialarına cavab verən Ermənistan xarici işlər naziri Ararat Mirzoyan isə müxalifətə “Qarabağa görə 4 min itki verməyə hazırsınızmı?” sualını ünvanlayıb.

Maraqlıdır, revanşistlər hakimiyyətə gəlsə, Qarabağ məsələsini gündəmə gətirə bilərlərmi?

Globalinfo.az-a danışan siyasi şərhçi Abutalıb Səmədov deyib ki, Ermənistanda hələ də revanşist qüvvələr var və onlar zaman-zaman baş qaldırmağa çalışırlar:

“Vardan Oskanyan da belələrindəndir. Onun Fransa və digər Qərb ölkələrindən dəstək aldığı da məlumdur. Təşkil etdiyi “komitə” hələ də ermənilərin Qarabağa qayıtması və Qarabağın əvvəlki vəziyyətə gətirilməsinin mümkünlüyünə ümid edir. Görünür, Oskanyan yaşlandığı üçün reallıqları anlaya bilmir”.

Politoloq vurğulayıb ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın verdiyi cavab düşündürücüdür:

“Lakin 4 min rəqəmini olduqca az deyib. Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı hər hansı addım atarsa, ermənilərin itkisi 4 minin 2-3 misli qədər olar. Bunu rəsmi İrəvanda və xaricdə yaxşı anlayırlar.

Erməni xalqı və hazırkı Ermənistan hakimiyyəti qondarma “komitələrin” işlərinə inanmır və apardıqları fəaliyyətləri dəstəkləmir. Azərbaycanda separatizmi alovlandırmaq cəhdləri uğursuz gedişdir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru