Avropa Komissiyası Ermənistanla danışıqlara başlayıb

24-07-2024, 09:58           
Avropa Komissiyası Ermənistanla danışıqlara başlayıb
Avropa Komissiyası Aİ xarici işlər nazirliklərinin rəhbərlərinin bazar ertəsi keçirilən iclasında qəbul etdiyi qərardan sonra Ermənistanla viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlara başlayıb.

Bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb. Avropa Komissiyası əlavə edib ki, bu cür danışıqlar “vacib sahələrdə, xüsusən də səyahət sənədlərinin təhlükəsizliyi, sərhədlərin idarə edilməsi, miqrasiya və sığınacaq, ictimai asayiş, beynəlxalq münasibətlər, həmçinin fundamental hüquqlarla bağlı məsələlərlə bağlı islahatlara” gətirib çıxaracaq.

Bundan əlavə, Komissiya Avropa Parlamenti və Şura ilə birlikdə bu sahələrdə irəliləyişi yaxından izləyəcək. Bununla yanaşı, kommünikedə əlavə edilib ki, vizanın liberallaşdırılması avtomatik proses deyil. “Viza rejiminin liberallaşdırılması məsələsinə yalnız dialoq başa çatdıqdan və fəaliyyət planında sadalanan bütün şərtlər yerinə yetirildikdən sonra baxılacaq, dialoq uğurla başa çatdıqdan sonra Ermənistan vətəndaşlarının Avropaya səfəri daha asan və ucuz olacaq.

Xatırladaq ki, Ermənistan vətəndaşları 2014-cü il yanvarın 1-dən etibarən Aİ ilə viza rejiminin sadələşdirilməsi sazişinin üstünlüklərindən artıq istifadə edirlər”, – deyə mətbuat xidməti xatırladıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.