Artıq onların namizədliyi təsdiq olunub-MSK-nın məlumatı

25-07-2024, 00:07           
Artıq onların namizədliyi təsdiq olunub-MSK-nın məlumatı
İndiyə qədər növbədənkənar parlament seçkiləri ilə əlaqədar 1162 nəfərin deputatlığa namizədliyi irəli sürülüb.

Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

“Namizədliyi irəli sürülənlər arasında 24 siyasi partiyanın 449 nümayəndəsi var. Namizədliyi təsdiq olunan 999 nəfərdən 395-i siyasi partiyaların nümayəndələridir. İndiyə qədər 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb”, – o qeyd edib.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru