ABŞ-ı inqilab gözləyir - Kiçik Kennedi

25-07-2024, 18:24           
ABŞ-ı inqilab gözləyir -
ABŞ-ın hazırkı lideri Co Bayden prezidentlik yarışından geri çəkilib. O, vitse-prezident Kamala Harrisin namizədliyini dəstəkləyib.
ABŞ-da müstəqil namizəd kimi prezidentlik yarışında iştirak edən Robert Kennedi ABŞ-ı inqilab gözlədiyini düşünür. Bu barədə o, X * sosial şəbəkəsində yazıb.
"Bu ölkədə inqilab başlayacaq. Sual budur ki, idealizmə və ya qaranlıq, reqressiv qüvvələrə söykənəcək. Seçim bizimdir" – o, bildirib.
Bundan əvvəl KİV-lər Kennedinin ABŞ-ın sabiq Prezidenti Donald Trampın seçkilərdə namizədliyini dəstəkləyə biləcəyini yazmışdılar.
Xatırladaq ki, ABŞ-ın hazırkı lideri Co Bayden prezidentlik yarışından geri çəkilib. O, vitse-prezident Kamala Harrisin namizədliyini dəstəkləyib. Bu yaxınlarda jurnalistlərin niyə seçkilərdə iştirak etməmək qərarına gəldiyini soruşduqda, Bayden, sadəcə gülüb. Yeri gəlmişkən - Tramp hesab edir ki, Harris seçkilərdə qalib gələcəyi təqdirdə ABŞ-ı məhv edəcək.
11.10.23, 07:59
Kiçik Kennedi ABŞ prezidentliyinə namizəd olacaq
ABŞ-ın 35-ci Prezidenti Con Kennedinin qardaşı oğlu kiçik Robert Kennedi Amerika liderinin qarşıdan gələn seçkilərində müstəqil namizəd kimi iştirak etmək niyyətindədir.
Bu barədə "TASS" xəbər verib.
Xatırladaq ki, bundan əvvəl o, ABŞ Demokrat Partiyasını təmsil etməyi planlaşdırırdı.
Siyasətçi Filadelfiyada tərəfdarları qarşısında çıxışı zamanı deyib: "Mən özümü seçkilərdə prezidentliyə müstəqil namizəd elan edirəm".
Qeyd edək ki, Demokratlar Partiyasından prezident seçkilərində əsas namizəd hazırkı dövlət başçısı Co Baydendir.
Əvvəllər bildirilirdi ki, Amerika Demokratlar 2024-cü il seçkilərində Co Baydeni Mişel Obama ilə əvəz edə bilərlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.