Şimali Osetiyada üsyan: “Vladiqafqaz qəbiristanlıqları artıq dolub”

8-08-2024, 15:48           
Şimali Osetiyada üsyan: “Vladiqafqaz qəbiristanlıqları artıq dolub”
12 ictimai təşkilat Respublika başçısı Sergey Menyaloya açıq müraciət edib. Xüsusilə, Ukraynadakı genişmiqyaslı müharibə zamanı yerli sakinlər arasında itkilərin açıqlanmasını, ölən hərbçilərə matəm elan edilməsini və “genofondun qorunması naminə Osetiya xalqının nümayəndələrinin” orduya çağırılmasını qadağan etmək təklifi ilə Putinə müraciət etmələrini tələb edirlər.
Tribunainfo.az DW-yə istinadən xəbər verir ki, müraciəti “Alanya dəyirmi masası”nın rəhbəri Hacimat Canayti öz “VKontakte” səhifəsində yerləşdirib.
Mətndə deyildiyi kimi, “respublikada yerli əhalinin azalması geri dönməz xarakter alır” və Vladiqafqaz qəbiristanlıqları “artıq dolub”.
“Kavkaz.Realii” nəşrinin redaktorlarının açıq məlumatlara və nekroloqlara əsaslanaraq hesablamalarına görə, müharibə zamanı Şimali Osetiyanın artıq 598 sakini həlak olub. Bu arada, “Mediazona” və BBC 2022-ci ilin fevralından bəri Ukraynadakı müharibədə həlak olan təxminən 62 min rusiyalı hərbçinin adlarını müəyyən edib. Qeyd olunur ki, itkilərin real miqyası çox güman, daha böyükdür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru