Trampın seçki qərargahına məxsus sənədlər ƏLƏ KEÇİRİLDİ - Bu ölkədən olan hakerlər şübhəli bilinir

11-08-2024, 11:37           
Trampın seçki qərargahına məxsus sənədlər ƏLƏ KEÇİRİLDİ - Bu ölkədən olan hakerlər şübhəli bilinir
ABŞ prezidentliyinə namizəd Donald Trampın seçki qərargahı hakerlər tərəfindən sındırılıb.

Bu barədə “Politico” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, ABŞ-a düşmən olan xarici hakerlər qərargahın daxili yazışmalarına icazəsiz giriş əldə ediblər.

Hücumda İrandan olan hakerlər şübhəli bilinir.

Jurnalistlər Trampın seçki kampaniyası ilə bağlı sənədləri iyulun 22-dən naməlum şəxslərdən almağa başlayıblar.

"Bu sənədlər 2024-cü il seçkilərinə müdaxilə etmək və bütün demokratik prosesə xaos səpmək üçün ABŞ-a düşmən olan xarici mənbələrdən qeyri-qanuni yolla əldə edilib", - ABŞ-ın keçmiş prezidentinin seçki kampaniyasının kommunikasiyalar üzrə direktoru Stiven Çunq "Axios"a bildirib.

O əlavə edib ki, "Microsoft" hesabatında iranlı hakerlərin 2024-cü ilin iyununda yüksək rütbəli amerikalı məmurun hesabını sındırdığını göstərib.

Bundan əvvəl Microsoft korporasiyası İranla əlaqəli haker qruplarının bu ilin noyabrında keçiriləcək Amerika seçkilərinə müdaxilə kampaniyasına başladığını açıqlamışdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.