Moskvanın növbəti hədəfi: - “Rus tankları Ukraynada dayanmayacaq”

1-09-2024, 00:08           
Moskvanın növbəti hədəfi: -
Rusiya Qərbə qarşı müharibə aparır, ona görə də çətin ki, Ukraynanı ələ keçirməklə məhdudlaşsın.

Teleqraf.com xəbər verir ki, bunu Çexiya xarici işlər naziri Yan Lipavski deyib.

“Rusiya Ukraynada qalib gəlsə, tanklarının qərb sərhədində dayanacağına inanmaq sadəlövhlükdür. Onların baxışlarına görə qonşularının suverenliyi və ərazi bütövlüyü, eləcə də vətəndaşlarının azadlığı Rusiyanın baxışına uyğun olmalıdır”, - nazir bildirib.

Lipavskinin fikrincə, Rusiya qətiyyət və güc dilini başa düşür, ona qarşı məhz bu vasitələrdən istifadə edilməlidir.

“Əgər onları biz özümüz yaratmasaq, Rusiya təcavüzünün sərhədləri olmayacaq”, - Çexiyanın baş diplomatı vurğulayıb.

Lipavski Ukraynanın maraqları hesabına Rusiyaya güzəştə getməyi məqbul sayan avropalı siyasətçiləri danlayıb.

“Dəyərlərimizi qətiyyətlə qorumaq istəyiriksə, hərəkət etmək üçün cəsarətə ehtiyacımız var”, – xarici işlər naziri əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru