İrandan çıxmayan iş – Xameneyi məhbusları əfv edir
21-09-2024, 00:10
İnqilab Keşikçiləri Qvardiyasına bağlı Tasnim Agentliyinin məlumatına görə, İranın ali lideri Əli Xameneyi məhkəmə sisteminin rəhbəri Qulam Hüseyn Möhseni yazılı müraciətindən sonra 3000-ə yaxın məhbusu əfv etmək və ya onların cəzalarını azaltmaq qərarına gəlib. ArabAZ xəbər verir ki, amnistiya qərarlarında bəzi cəzaların azaldılması, o cümlədən edəma məhkum 59 nəfərin cəzasının ömürlük həbs ilə dəyişilməsi məsələsi də var.
2887 əfv fərmanından çoxu ümumi məhkəmələr və İnqilab Keşikçiləri Korpusuna bağlı digər şəxslər tərəfindən mühakimə olunanlara aiddir.
1291 məhbus azadlığa buraxılacaq, daha 1596 nəfərin cəzası isə yüngülləşdiriləcək. Bundan əlavə, 40 əcnəbi əfv edilib.
Qeyd edək ki, Xamneyinin verdiyi sonuncu amnistiya 2023-cü ilin fevralında olub və bu amnistiya ölkədə etiraz aksiyaları ilə əlaqəsi olan çoxlu sayda məhbus da daxil olmaqla on minlərlə məhbusu əhatə edib.
İran Konstitusiyasının 110-cu maddəsinə əsasən, ölkə rəhbərinin ədliyyə orqanlarının tövsiyəsi əsasında əfv sərəncamı vermək səlahiyyəti var.
Hakimiyyətin “xarici qurumlara casusluq etmək, habelə dövlət əmlakına qəsdən ziyan vurmaq və ya yandırmaq” kimi qələmə verdiyi ittihamlarla üzləşənlər həmişə amnistiyadan kənarda qalırlar.