Zaxarova Ermənistanı ac qoymaqla hədələdi: "Sizi biz yedizdiririk"
21-09-2024, 08:10
“Bizim mütəmadi olaraq erməni tərəfini məlumatlandırdığımızı və əlaqə saxladığımız nəzərə alsaq, hesab edirəm ki, artıq İrəvanda bizim mövqeyimizi bilirlər. Bu məlumatlar müvafiq avantüraları real qiymətləndirməkdən irəli gəlir”.
“Cebheinfo.az”-ın məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın onlayn formatda “Ukrayna Sülh Qətnaməsi” kontekstində ərzaq təhlükəsizliyi mövzusunda tematik konfransdakı çıxışına münasibət bildirərkən belə deyib.
“Biz elə bilirdik ki, bu cür daxili çəkişmələrin siyasi nizamlanmasının axtarışı və sülhün bərqərar olması ilə heç bir əlaqəsinin olmadığını onlar çox gözəl başa düşürlər. Amma, görünür, hamı bunu başa düşmür. Bu toplantıların bütün iştirakçıları bilməlidirlər ki, Rusiyanın iştirakı olmadan münaqişənin həlli mümkün deyil”, - deyə Zaxarova bildirib.
Onun sözlərinə görə, ərzaq təhlükəsizliyi ilə maraqlanan insanlar ilk növbədə öz ölkələrində bu məsələnin necə olduğunu soruşmalıdırlar:
“Bəlkə yoldaş Armen Qriqoryan bilmir, sizə xatırladıram.
Ermənistana müxtəlif məqsədlər üçün göndərilən taxılın 90 faizi Rusiyadan gedir. Ola bilsin ki, o zaman ərzaq təhlükəsizliyinizi müzakirə etmək üçün videokonfrans vasitəsilə Rusiya Federasiyası ilə əlaqə saxlaya bilərsiniz. Bax, bu ədalətli və hörmətlidir.
Başqa şeylərlə yanaşı, sizi yedizdirən, ərzaq təhlükəsizliyinizi təmin edənlərin arxasınca hərəkət edib hansısa saxtakarlıqla məşğul olmaq nəyə lazımdır?”