“Heç bir tənqidə məhəl qoymurlar” - Kreml

21-09-2024, 12:25           
“Heç bir tənqidə məhəl qoymurlar” - Kreml
“Ermənistanda bəzi siyasi xadimlərdən eşitdim ki, hakimiyyəti ələ keçirmək əsl demokratiyadır”.

Bunu Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə Ermənistanda dövlət çevrilişinə cəhddə Rusiya izinin axtarılmasını şərh edərkən deyib.

“Bir sıra erməni rəsmilərinin Ermənistan İstintaq Komitəsinin dövlət çevrilişinə cəhdin qarşısının alınması, orada hansısa rus izini tapmağa çalışması barədə mesajlar yaymaq cəhdləri absurddur və onlar heç bir tənqidə məhəl qoymurlar”, - Zaxarova bildirib.

O, dəfələrlə qeyd edib ki, Rusiya Qərbdən fərqli olaraq, digər ölkələrin daxili işlərinə qarışmır.

“Təəssüf ki, bəzi yerli dairələr rusofobik əhval-ruhiyyənin təbliğinə can atan qərblilərin hiyləgər taktikasını mənimsəyir”,- o əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru