Mask ABŞ mediasını Demokratların gündəmini təbliğ etməkdə ittiham edib

22-09-2024, 10:08           
Mask ABŞ mediasını Demokratların gündəmini təbliğ etməkdə ittiham edib
ABŞ-da media Demokratlar Partiyasının gündəmini yaymaqla təbliğat maşını kimi fəaliyyət göstərir.
Bizimyol.info xəbər verir ki, bu fikri İlon Mask "X" sosial platformasındakı bir yazıya münasibət bildirərkən yazıb.

"Bu münasibət medianın Demokrat Partiyası üçün nəyin xatirinə təbliğat maşını olduğunu izah edir", - deyə milyarder qeyd edib. Belə ki, milyarder sosial şəbəkə istifadəçilərindən birinin 2022-ci ilə olan məlumata görə, jurnalistlərin 36,4%-nin Demokratlar Partiyasının tərəfdarı olduğunu, yalnız 3,4%-nin isə özünü respublikaçı hesab etdiyini bildirən yazını şərh edərkən bildirib.

Mask daha əvvəl demişdi ki, ənənəvi media öz oxucularına yalan danışır. Amerikanın "Associated Press" xəbər agentliyi sahibkarı ifrat solçu təbliğat maşını adlandırıb, "The New York Times" qəzetini isə söz azadlığına hücumlarda ittiham edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru