Böyük müharibə yaxınlaşır

23-09-2024, 09:58           
Böyük müharibə yaxınlaşır
ABŞ Dövlət Departamenti Livandakı amerikalıları İsraillə “Hizbullah” hərəkatı arasında münaqişənin şiddətləndiyi bir vaxtda ölkəni tərk etməyə çağırıb.

“Cebheinfo.az” xəbər verir ki, ABŞ Dövlət Departamentinin təlimatında deyilir:

““Hizbullah" və İsrail arasında davam edən münaqişənin gözlənilməz xarakteri və Beyrut da daxil olmaqla, Livanda baş verən son partlayışlar səbəbindən ABŞ səfirliyi ölkə vətəndaşlarını Livanı tərk etməyə çağırır”.

Departament bildirib ki, hazırda kommersiya uçuşları mövcuddur, lakin məhduddur.

"Təhlükəsizlik vəziyyəti pisləşərsə, kommersiya uçuş variantları əlçatmaz ola bilər", - deyə məlumatda deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru