İsrail Livana “örtülü” ultimatum verir

23-09-2024, 11:04           
İsrail Livana “örtülü” ultimatum verir
Ya Livan silahlı qüvvələri İsrailin şimal sərhədindən geri çəkilir, ya da müharibəyə başlayır

Hizbullah hərəkatı ilə artan münaqişə fonunda İsrail kəşfiyyat və hərbi üstünlüklərindən istifadə edərək Livana “örtülü” ultimatum təqdim edir: ya Livan silahlı qüvvələri İsrailin şimal sərhədindən geri çəkilir, ya da müharibəyə başlayır. AYNA xəbər verir ki, bu barədə Amerikanın “The Wall Street Journal” qəzeti yazıb.

“Hizbullah sıravilərinə hücumlar, komandirlər və infrastrukturun genişlənməsi ilə İsrail Livan qrupuna gizli ultimatum təqdim etmək üçün hərbi və kəşfiyyat üstünlüyündən istifadə edir: İsrailin şimal sərhədindən geri çəkilmək və ya müharibəyə başlamaq barədə razılığa gəlmək”, - deyə nəşr yazıb.

Qeyd olunub ki, sentyabrın sonunda Qəzza zolağında döyüş meydanı “statik vəziyyətə düşdüyündən” İsrail “diqqətini Livanla sərhədə yönəldir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru