Stoltenberq: NATO ölkələri Ukraynanın alyansa üzvlüyü ilə bağlı razılığa gələ bilməyiblər
23-09-2024, 11:58
Şimali Atlantika Alyansında Ukraynanın ona qoşulması məsələsində vahid mövqe yoxdur. Şimali Atlantika Alyansında Ukraynanın ona qoşulması məsələsində vahid mövqe yoxdur. Ona görə də ölkəyə dəvət göndərmək mümkün deyil. Bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib. "Müttəfiqlərin yekdil razılığı olmadan Ukraynanı alyansa qoşulmağa dəvət etmək olmaz. Bu qərar konsensus tələb edir. Konsensus isə, bizdə hələ ki, yoxdur" - o, "Foreign Policy" saytında dərc olunan müsahibəsində deyib. Bundan əvvəl Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç bildirmişdi ki, Qərbdə ictimai rəyi öyrənmək üçün Ukraynanın hissə-hissə NATO-ya mümkün qəbulu ilə bağlı təkliflər səslənməyə başlayıb. Xatırladaq ki, ABŞ senatoru Rand Paul hesab edir ki, NATO-nun Ukraynaya alyansa üzv olmaq vədi ən pis həll yoludur. O vurğulayıb ki, digər ölkələrin alyansa dəvət edilməsi blokun hazırkı üzvlərinin təhlükəsizliyini yaxşılaşdıracağı təqdirdə baş verə bilər.