Müsəlman amerikalılar noyabrda keçiriləcək ABŞ seçkilərində təsirə malik ola bilər

Bu gün, 17:54           
Müsəlman amerikalılar noyabrda keçiriləcək ABŞ seçkilərində təsirə malik ola bilər
Müsəlmanlar ABŞ əhalisinin 2%-dən azını təşkil edir, lakin ABŞ seçkilərində müsəlman amerikanların təsiri artmaqdadır və bu, əsasən İsrail və HƏMAS arasında davam edən müharibə ilə bağlı narahatlıqlardan irəli gəlir.

İllinoys ştatının Çikaqo şəhərinin ətrafında Bridcvyuda “Kiçik Fələstin” kimi də tanınan “Qahwah” işçiləri dükana gələn fələstinli amerikalılara sonsuz qəhvə məhsulları ilə xidmət göstərir.

"Bu bölgədə hara getsəniz, müsəlman insanları görürsünüz", İllinoy seçicisi Deanna Otman bildirib.

Deanna Otman yerli İslam məktəbində dərs deyir və “Qahwah”-ya tez-tez gedir. Bu seçki ilində Otman üçün ən vacib məsələ İsrail və ABŞ-ın terror qruplaşması HƏMAS arasında müharibəyə son qoymaqdır.

Müharibə keçən il HƏMAS-ın İsrailə hücumu ilə başlayıb və nəticədə 1200 nəfər həlak olub, 250 nəfər girov götürülüb. İsrailin əks-hücumları 41 mindən çox fələstinlini öldürüb, İsrailin dediyinə görə, onların arasında minlərlə militant var.

"Səsimi qazanmaları üçün mən soyqırımına dərhal son qoymaq öhdəliyi görmək istərdim", Deanna Otman deyib.

“Kiçik Fələstində” Otmanın narahatlığını çoxları bölüşür.

Çikaqo və Bridcvyu şəhərlərini əhatə edən İllinoys ştatının Kuk mahalı ölkədə ən böyük Fələstin icmasına malikdir. İllinoys ştatında 475 min müsəlman amerikalı yaşayır ki, bu da ümumi əhalinin təxminən 3,7 faizini təşkil edir.

"Onlar İllinoysda əhəmiyyətli azlığı təşkil edir və Demokratlara səs verməyə meyillidirlər" deyə, Norsvestern Universitetinin Sosial Siyasət üzrə Dosenti Tabita Bonilla qeyd edib.

“İllinoys ştatında onların seçki keçirməsi ehtimalı azdır, lakin Miçiqan kimi bir ştatda onların təxminən 200 000 müsəlman amerikalı seçicisi olduğu təxmin edilir. Sadəcə olaraq istinad üçün qeyd edək ki, son seçkilərdə Respublikaçılarla Demokratlar arasında fərq 150 min nəfər olub. Əgər 200 000 müsəlman amerikalı seçicinin hamısı səs verməmək və ya Demokratlara səs verməmək qərarına gəlsə, bu, Miçiqan kimi rəqabətli ştatda həqiqətən də fərq yarada bilər”, o əlavə edib.

"Bunlar Miçiqanda Amerika tərəfindən maliyyələşdirilən bombaların təsirini bilavasitə bilən insanlardır" - deyə, Fələstin Amerika İcmasının fəalı Layla Elabed bildirib.

Layla Elabed Miçiqan ştatında icmanın siyasi işlərinin təşkilatçısı və ştatın fələstinli amerikalı konqresmen Rəşidə Tlaibin bacısıdır.

“Biz dəyişmək, mövcud siyasi kursu dəyişmək və fələstinlilərin həyatını xilas edəcək və fələstinlilərin işğalına son qoyacaq bir siyasət qəbul etmək istəyirik”, o qeyd edib.

“Yalnız Miçiqanda deyil, demək olar ki, hər bir ştatda müsəlman icması əvvəlkindən daha fəal, daha maraqlıdırlar” - deyə, Minnesota Baş prokuroru Keyt Ellison bildirib.

Keyt Ellison Minnesota ştatının hazırkı baş prokurorudur və ABŞ Konqresinin ilk müsəlman amerikalı üzvlərindən biri olub.

“Müsəlman Amerika icması əvvəlkindən daha güclü siyasi əzələlərə malikdir və bu, eşidilməyə məcbur edir”, o əlavə edib.

Deanna Otman deyir ki, bülletendə başqa variantların olmasını arzulayır: "Mənə elə gəlir ki, bu bölgədəki insanların əksəriyyəti Demokrat və ya Respublikaçıya səs vermək istəmir."

Amerika-İslam Münasibətləri Şurası və ya CAIR hesab edir ki, bu seçki ili ABŞ-da 2,2 milyondan çox müsəlman amerikalı səs vermək üçün qeydiyyatdan keçib. Orada deyilir ki, bu, iki il əvvəl aralıq seçkilərdən bəri bir milyondan çox artım deməkdir.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.