Tramp: Harris Üçüncü Dünya Müharibəsinin qarşısını ala bilməyəcək

Bu gün, 10:08           
Tramp: Harris Üçüncü Dünya Müharibəsinin qarşısını ala bilməyəcək
ABŞ-ın keçmiş lideri xəbərdarlıq edib ki, Harrisin qarşıdakı seçkilərdə qələbə qazanacağı təqdirdə, ABŞ Rusiya ilə hərbi münaqişə ilə üzləşəcək.
Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd və Ağ Evin sabiq rəhbəri Donald Tramp hesab edir ki, Demokratlar Partiyasından olan namizəd Kamala Harris Üçüncü Dünya Müharibəsinin qarşısını ala bilməyəcək.
Bu barədə "RİA Novosti" Tarmpın "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazdığına istinadən xəbər verib.
"Kamala ən sadə suala belə cavab verə bilmir. Bu dəhşətdir! Əgər bunu edə bilmirsə, o zaman Üçüncü Dünya Müharibəsinin dayandırılmasında ABŞ-ı necə təmsil edə bilər? Cavab sadədir: o, bunu bacara bilməz!", - Tramp yazıb.

Tramp bu yaxınlarda xəbərdarlıq edib ki, Harris qarşıdan gələn seçkilərdə qalib gələrsə, ABŞ Rusiya ilə hərbi münaqişə ilə üzləşəcək. Respublikaçılar Partiyasından vitse-prezidentliyə namizəd Cey Di Vens bildirib ki, sabiq prezidentin Ukrayna münaqişəsini həll etmək planı iki ölkə arasında demarkasiya xəttinin demilitarizasiyasını və Moskvaya Kiyevin NATO-ya üzv olmayacağına zəmanət verməsini nəzərdə tuta bilər.
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Seçkilərdə Demokratlar Partiyasını hazırkı vitse-prezident Kamala Harris, Respublikaçılar Partiyasını isə keçmiş prezident Donald Tramp təmsil edəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.