Trampa sui-qəsd cəhdi edən atıcı dünya üçün vəsiyyətnamə yazıb

Bu gün, 16:58           
Trampa sui-qəsd cəhdi edən atıcı dünya üçün vəsiyyətnamə yazıb
ABŞ Ədliyyə Nazirliyi keçmiş ölkə lideri və prezidentliyə namizəd Donald Trampa sui-qəsd cəhdi edən 58 yaşlı Rayan Uesli Rautun məktubunu nümayiş etdirib.

Bu barədə NEWS.ru məlumat yayıb.

Bildirilir ki, məktubda Raut özünün bacarmadığı təqdirdə "işi tamamlaya biləcək" hər kəsə 150 min dollar (təxminən 255 min manat) təklif edir.

"Əziz dünya, bu, Donald Trampa qarşı sui-qəsd cəhdi idi, amma təəssüf ki, mən uğursuzluğa düçar oldum. Mən əlimdən gələni etdim və bütün cəsarətimi buna sərf etdim. İndi işi bitirmək sizin ixtiyarınızdadır. Mən bunu tamamlaya bilənlərə 150 min dollar təklif edəcəyəm", - Rautun yazdığı mətndə deyilir.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.