“Hazır olun, fəlakət gəlir, Zəngəzur dəhlizi belə açılacaq“ - Danielyan

25-09-2024, 00:05           
 “Hazır olun, fəlakət gəlir, Zəngəzur dəhlizi belə açılacaq“ - Danielyan
Ermənistan hökuməti və onun beynəlxalq tərəfdaşları xəbərdarlıq edirlər ki, bir neçə soyuq qışa və hətta aclığa hazırlaşmalıyıq.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib.

“Biz hansı fəlakət və ya nəyə hazır olmalıyıq? Cavab bəllidir, nəhayət, Rusiyanın təsirindən qurtulmaq üçün rus qazından imtina etməliyik, bizə eyham vururlar.

Nəyə görə? İlk növbədə hərbi əhəmiyyət kəsb edən Zəngəzur dəhlizinin açılması xatirinə. Bu da təsadüfi deyil, Rusiyadan da eyham vururlar ki, təkcə qazla qurtula bilməyəcəksiniz, taxılın 90 faizini də bizdən ixrac edirsiniz”, - ekspert vurğulayıb.

Danielyan hesab edir ki, bu durum başlamamış Ermənistandan kənara kütləvi köç başlayacaq:

“Qayıdaq soyuğa, qaranlığa, aclığa. Əgər 90-cı illərdə niyə (Azərbaycan ərazilərinin işğal edilməsinə görə - red.) məhrumiyyətlərə məruz qaldığımızı bilirdiksə və əhalinin böyük hissəsi bu sınaqlara dözürdüsə, yüz minlərlə insan gedirdisə, indi bütün bunların təkrarlanmasına niyə hazırlaşdığımız bəlli deyil. Bu dəfə çox adamın Ermənistanda qalacağı ehtimalı yoxdur”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru