Amerika kəşfiyyatı: Moskva ABŞ seçkilərinə təsir etmək üçün süni intellektdən fəal şəkildə istifadə edir

Bu gün, 11:04           
Amerika kəşfiyyatı: Moskva ABŞ seçkilərinə təsir etmək üçün süni intellektdən fəal şəkildə istifadə edir
Rusiya noyabrda keçiriləcək seçkilərdə Demokratların namizədi Kamala Harrislə Ağ Ev uğrunda mübarizə aparacaq Respublikaçılar Partiyasının namizədi Donald Trampı dəstəkləmək məqsədilə ABŞ prezident seçkilərinə təsir etmək məqsədilə digər xarici güclərdən daha çox süni intellektdən istifadə etməklə məzmun yaradıb. Bu barədə bazar ertəsi ABŞ Milli Kəşfiyyatının nümayəndəsi məlumat verib.

Adının çəkilməməsi şərti ilə jurnalistlərə danışan Milli Kəşfiyyat idarəsinin direktorunun ofisinin rəsmisi bildirib ki, Rusiya və digər ölkələr noyabrın 5-də keçirilən səsverməyə təsir etmək üçün süni intellektdən istifadə edirlər.

Onun sözlərinə görə, Moskvanın süni intellektlə yaradılan məzmunu "keçmiş prezidentin (Tramp) namizədliyini gücləndirmək və vitse-prezidenti (Harris) və Demokratik Partiyasını, o cümlədən konspiralogiya nəzəriyyələrini yaymaqla nüfuzdan salmaq üçün Rusiyanın daha böyük kampaniyasının bir hissəsidir".

Rusiyanın Vaşinqtondakı səfirliyi hələlik şərh sorğusuna cavab verməyib. Rusiya daha əvvəl Amerika seçkilərinə müdaxiləsini rədd etmişdi.

Süni intellektin digər formaları kimi, generativ süni intellekt də hərəkətlərin yerinə yetirilməsi üçün öyrəndiyi əvvəllki məlumatlara əsaslanır. Bu üsulla o, insanlar tərəfindən yaradılmış kimi görünən mətnlər, şəkillər və videolar da daxil olmaqla yeni məzmun yaradır.

Milli Kəşfiyyat idarəsinin rəsmisi Rusiyanın noyabr seçkilərinə təsir etmək üçün digər ölkələrlə müqayisədə süni intellektdən istifadə etməklə daha çox məzmun yaratdığını bildirib, lakin bu məzmunun dəqiq həcmi barədə məlumat verməyib.

O qeyd edib ki, Rusiya daha təcrübəli oyunçudur və ABŞ seçkilərinin necə işlədiyini və hansı hədəflərə hücum edilməsi lazım olduğunu daha yaxşı başa düşür.

Rusiyanın süni intellektdən istifadə edərək məzmunu necə yayması ilə bağlı suala mənbə ABŞ və digər ölkələrdə Kreml yönümlü mesajlar yaymaq üçün sosial mediadan istifadə edən Moskvanın dəstəklədiyi əməliyyatın pozulması ilə bağlı iyulun 9-da Ədliyyə Nazirliyinin bəyanatına istinad edib.

Mənbə bir qadının Kamala Harrisin səbəb olduğu iddia edilən yol-nəqliyyat qəzasının qurbanı olduğunu iddia etdiyi çox müzakirə olunan videonu da xatırladıb. Onun sözlərinə görə, bu, səhnələşdirilmiş video olub və süni intellektdən istifadə edilməklə yaradılmayıb. Microsoft keçən həftə videonun Rusiyanın gizli dezinformasiya əməliyyatı çərçivəsində yaradıldığını bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.