ABŞ-da bəzi qanunvericilər seçki kampaniyalarındakı qızğın ritorikanı azaltmağa çağırır

Bu gün, 12:34           
ABŞ-da bəzi qanunvericilər seçki kampaniyalarındakı qızğın ritorikanı azaltmağa çağırır
ABŞ-ın hər iki əsas siyasi partiyasından qanunvericilər noyabrın 5-də keçiriləcək prezidet seçkilərindən altı həftə öncə ölkədəki qızğın siyasi ritorikanı azaltmağa çağırır. Bu, sabiq prezident Donald Trampa qarşı ikinci sui-qəsd cəhdindən və onun immiqrantların Ohayodo insanların ev heyvanlarını yediklərinə dair iddialarından sonraya təsadüf edir.

ABŞ Prezidentliyinə Respublikaçı namizəd Donald Tramp ötən bazar günü ona qarşı ikici sui-qəsd cəhdindən sonra ilk dəfə açıq hava seçki görüşü keçirib. Tramp daha öncə, heç bir sbut irəli sürmədən, insidentə görə Prezident Co Bayden və Vitse-Prezident Kamla Harrisin ritorikasını günahlandırıb.

Demokratların prezidentliyə namizədi Vitse-prezident Kamala Harris Ağ Evin rəsmi veb səhifəsində paylaşdığı bəyanatında mümkün sui-qəsd cəhdinə görə dərindən narahat olduğunu deyib və siyasi zorakılığı qınadığını bildirib.

ABŞ Nümayəndələr Palatası bu yaxınlarda ikipartiyalı bir addım ataraq, Məxfi Xidmətin maliyələşdirilməsini artıran qanun layihəsini təsdiq edib. Palata üzvlərinin hamısnı qanun layihəsini dəstəkləyib.

Məxfi xidmət bu yaxınlalrda Trampı Pensilvaniyada qulağına güllə dəydiyi ik sui-qəsd cəhdində mühafizə etməkdə nöqsanlarının olduğunu etiraf edib.

İndi bu sui-səqd cəhdlərinin və siyasi zorakılıq dalğasının arxasındakı səbəbləri araşdırmaq üçün ikitərəfli işçi qüvvəsi yaradılır.

“Bizə nə isə olub. Bizim mədəniyyətimiz bundan çox təsirlənib. Ritorika ritorikadır. Hər iki tərəf ara-sıra nə isə deyir. Sonra geriyə baxıb “Mən əslində bunu nəzərdə tutmurdum” deyirik. Deyilənlər belə qəbul edilib, belə anlaşılıb. Nə dediyinizə və necə dediyinizə diqqət etməlisiniz,” Respublikaçı Nümayəndə Mayk Kelli bildirib.

“Seçki mövsümündə sərt debatlar keçirməklə (ki, biz bunu etməliyik) - Respublikaçı və ya Demokrat olmağından asılı olmayaraq - siyasi zorakılığı qınamaq və Amerika cəmiyyətində buna yerin olmadığını – heç kəsin məsələni öz əlinə alıb, zorakılığa üz tutmamalı olduğunu demək arasında böyük fərq var,” Demokrat Nümayəndə Ceyson Krou bildirir

Bu arada isə Tramp Ohayo ştatının Sprinqfilq şəhərində haitili immiqrantların sakinlərin ev heyvanlarını oğurlayıb, yedkilərinə dair iddiasını davam etdirir, baxmayaraq ki, bu iddialar geniş şəkildə təkzib edilib.

İddialar, ikisi də Republikaçı olan, həm Ohayonun qubernatoru, həm də şəhərin meri tərəfindən rədd edilib.

Ancaq həmin bu iddia bomba və şəxsi təhdidlərə gətirib çıxararaq, şəhərdəki icmada narahtlığa səbəb olub.

“Biz haitili olduğumuza görə, mediada belə xəbərlər olanda, bu, bizi qorxudur. Biz sadəcə olaraq daha yaxşı həyat axtarışındayıq,” haitili immiqrant Baptist deyir.

“O üzünü mənə çevirib “…. haitililər” dedi. Sonra mənim üstümə bıçaq çəkdi,” adının açıqlanmasını istəməyən başqa bir haitili immiqrant deyir

Son günlərdə qızğın ritorikanı azaltmağa dair çağırışlara baxmayaraq, hər iki kampaniya bir-birinə qarşı hücumlarını davam etdir.

“Kamala Harris seçilsə, o, Amerika xəyalını həmişəlik öldürəcək. Onun həm də prezident olmaq üçün səriştəsi yoxdur. Amma bilirsiniz, mən kobud olmaq istəmirəm. Mən kobud olmaq istəmirəm. Onun prezident olmaq üçün səriştəsi yoxdur,” ABŞ Prezidentliyinə Respublikaçı namizəd Donald Tramp deyib.

“Qubernatorluğa namizəd olan Respublilaçılar var ki, özlərini nasist adlandırmaqdan qürur duyurlar. Gəlin burada namizəd olan insanlar arasında kiçik fərq olduğunu iddia etməyək,” Vitse-prezidetliyə Demokrat namizəd Tim Valz bildirib.

Bəzi ştatlarda noyabr 5-də keçirilən prezident seçkisi üçün artıq erkən səsvermə başlayıb.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.