“Onlar Napoleonu məğlub ediblər”: Tramp Ukraynadakı müharibədən çəkiləcəyini vəd edib

Bu gün, 12:58           
“Onlar Napoleonu məğlub ediblər”: Tramp Ukraynadakı müharibədən çəkiləcəyini vəd edib
ABŞ prezidentliyinə namizəd Donald Tramp Rusiyanın Ukraynaya qarşı müharibəsindən çəkilməli olduqlarını deyib.
Bizimyol.info xəbər verir ki, Corciyada keçirilən mitinqlərin birində siyasətçi Co Bayden və Kamala Harrisi ABŞ-ı bu müharibəyə “sürükləməkdə” ittiham edib.

“Bizi oradan çıxara bilməzlər. Mən ona baxdım. “Biz qalib gələcəyik. Biz qalib gələcəyik” sözlərini artıq üç ildir ki, təkrarlayır”, - deyə CNN Trampa istinadən xəbər verib.

O, yenidən Ukrayna prezidenti Vladimir Zelenskini ABŞ-a hər səfərində Ukrayna üçün yardım alan “Yer üzünün ən yaxşı satıcısı” adlandırıb. Siyasətçi ABŞ və Avropa ölkələrinin Ukraynaya göstərdiyi yardımın həcmini də müqayisə edib.

“Biz bu müharibədə ilişib qalmışıq. Mən prezident olsam, bunu edəcəm, danışıqlar aparacam. Mən oradan gedəcəm. Biz bu münaqişədən yaxa qurtatmalıyıq, ona son qoymalıyıq. Qalib gələnə qədər gözləməyəcəyik. Qalib olsalar nə olacaq? İddia edirlər, müharibə aparırlar, insanları öldürürlər, milyardlar xərclənir. Keçən gün kimsə mənə dedi ki, onlar Hitlerə qalib gəldilər, Napoleonu məğlub etdilər. Bunu edirlər, döyüşürlər. Və bu xoşagəlməzdir”, - deyə Tramp Rusiya haqda danışıb.

Bildiyiniz kimi, amerikalı siyasətçi hələ prezidentlik kürsüsünə gəlməmişdən əvvəl də daim Ukraynada müharibəni dayandıracağına söz verir. O, “planının” təfərrüatlarını açıqlamasa da, Vladimir Zelenski və Putini danışıqlar masasına oturtmağa qadir olduğunu deyir.

Kamala Harrislə debat zamanı siyasətçidən Ukraynanın bu müharibədə qələbəsinin ABŞ-ın maraqlarına uyğun olduğuna inanıb-inanmadığı sualı verilib. O cavab verdi ki, “sadəcə müharibəni bitirmək və razılaşmanı müzakirə etmək” Birləşmiş Ştatların maraqlarına uyğundur.

Qadir, Bizimyol.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.